Modern.az

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli oldu

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli oldu

29 Avqust 2017, 11:19

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər  sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, müvafiq keçid balını toplayan, lakin  müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində  keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər  29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, [email protected]Vətəndaşların Qəbulu Mərkəzi vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. 

Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi