Hindistanda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 514-ə çatıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın rəsmi qurumları nümayəndəsi məlumat yayıb.
Təbii fəlakət Bixar ştatında 17 milyondan çox insana ziyan vurub.
Hökumət nümayəndələri ştatda 3-4 günə vəziyyətin düzələcəyini və insanların öz evlərinə qayıdacaqlarını bildiriblər.