Modern.az

AFFA “Qarabağ” və “Neftçi” ni CƏRİMƏLƏDİ

AFFA “Qarabağ” və “Neftçi” ni CƏRİMƏLƏDİ

29 Avqust 2017, 12:49

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

AFFA-dan Modern.az-a verilən məlumata görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Topaz Premyer Liqasının üçüncü turunun “Neftçi” – “Kəpəz” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Topaz Premyer Liqasının üçüncü turunun  “İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində “İnter”in futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Topaz Premyer Liqasının üçüncü turunun  “Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi