Avqustun 29-da Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Modern.az-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7010 səviyyəsində formalaşıb.
Qeyd edək ki, avqustun 29-na rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7009 manat səviyyəsində müəyyən olunub.