Modern.az

Bakıda maşın ustasının dələduzluğu - VİDEO

Bakıda maşın ustasının dələduzluğu - VİDEO

Aktual

29 Avqust 2017, 23:01

Bakıda usta barter etmək adı ilə bir nəfəri aldadıb. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, zərərçəkmişin iddiasına görə, usta ona ''opel'' markalı avtomobil verəcəyini bildirib. Daha sonra isə ''vaz-2106'' markalı maşınını və 200 manat pulunu əlindən alıb aradan çıxıb. Hadisə paytaxtın Binəqədi rayonu 28- may qəsəbə sakini Ramin Şükürovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, ona qarşı fırıldaqlıq edən Mais Əzizov onların qəsəbəsində avtomobil təmiri sexində usta kimi işləyib. İki ay əvvəl Mais Əzizov Ramin Şükürovla avtomobillərini barter etmək məqsədi ilə razılığa gəliblər.

Ramin Şükürov deyir ki, həmin vaxt o, həm ''35-BD-802'' dövlət nömrə nişanlı ''vaz-2106'' markalı avtomobilini həm də 200 manat pulunu Mais Əzizova verib. Zərərçəkmiş avtomobilini verərkən nəqliyyat vasitəsinin sənədlərini də təqdim edib.

Ramin Şükürov iddia edir ki, usta bu şəkildə qəsəbədə bir neçə vətəndaşa ziyan vurub. O, hər gün bir neçə dəfə Mais Əzizova zəng vursa da, telefonuna zəng çatmır.

Məsələ ilə bağlı Ramin Şükürov ərazi üzrə Binəqədi rayonu 40-cı polis bölməsinə məlumat verib. Bölmədən verilən məlumata görə, həmin şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi