Modern.az

Bakıda ər özündən 10 yaş kiçik arvadını boğub öldürdü

Bakıda ər özündən 10 yaş kiçik arvadını boğub öldürdü

30 Avqust 2017, 09:49

Bakıda 36 yaşlı kişi özündən 10 yaş kiçik həyat yoldaşını boğaraq öldürüb.

 

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürüb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

 

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi