Modern.az

“Qarabağ” Çempionlar Liqasının qrup oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək  

“Qarabağ” Çempionlar Liqasının qrup oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək   

Aktual

30 Avqust 2017, 10:01

"Qarabağ" klubu Çempionlar Liqasında ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı UEFA ilə razılıq əldə olunub.

"Qarabağ"ın Bakı Olimpiya Stadionunda ilk matçı sentyabrın 27-də baş tutacaq. Komandamız həmin gün "Roma"nı qəbul edəcək.

Oktyabrın 18-də "Atletiko" və noyabrın 22-də "Çelsi" ilə görüşlər də ölkənin ən böyük stadionunda oynanılacaq.


Qeyd edək ki, C qrupunda yer alan "Qarabağ"ın ilk oyunu "Çelsi"yə qarşı olacaq. Qrupun sonuncu oyunu isə dekabrın 5-də İtaliyanın paytaxtında keçiriləcək:

 

 12 sentyabr

 

 "Çelsi" (İngiltərə) - "Qarabağ"

 

27 sentyabr

 

 "Qarabağ" - "Roma" (İtaliya)

 

18 oktyabr

 

 "Qarabağ" - "Atletiko" (İspaniya)

 

 31 oktyabr

 

 "Atletiko" - "Qarabağ"

 

12 noyabr

 

"Qarabağ" - "Çelsi"

 

5 dekabr

 

"Roma" - "Qarabağ"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi