Modern.az

İki cüdoçumuz DÇ-də ilk döyüşdə ipponla qalib gəldi 

İki cüdoçumuz DÇ-də ilk döyüşdə ipponla qalib gəldi 

30 Avqust 2017, 14:20

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatını davam edir.

 

Modern.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/32 final mərhələsində kosovalı Akil Qyakova ilə qarşılaşıb.

 

Avropa çempionu R.Orucov ilk döyüşündə ipponla qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Bu mərhələdə yarışan digər təmsilçimiz Hidayət Heydərov da Mərakeş cüdoçusu Əhməd əl-Məziatiyə ipponla qalib gəlib.

 

Qeyd edək ki, hələlik yığmamıza yalnız Orxan Səfərov (60 kq) medal (gümüş) qazandırıb.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi