Modern.az

Mehman Əliyevin zaminə buraxılması üçün daha bir müraciət

Mehman Əliyevin zaminə buraxılması üçün daha bir müraciət

30 Avqust 2017, 15:15

Bir qrup hüquq müdafiəçisi “Turan” informasiya agentliyinin həbsdə olan direktoru Mehman Əliyevin zaminə buraxılması üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Modern.az xəbər verir ki, müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Zəlihə Tahirova və Eldar Zeynalov imzalayıb.

Mehman Əliyev avqustun 24-də tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsi onu 3 aylıq həbs edib. Qərar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında çıxarılıb. “Turan”ın direktoru qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi