Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib.
Modern.az xəbər verir ki, qəbulda Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycanın ictimai-siyasi xadimləri, media nümayəndələri iştirak edib. Tədbirin açılışında hər iki ölkənin dövlət himnləri səsləndirilib.