Modern.az

FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsi üçün helikopter göndərdi

FHN Gürcüstandakı meşə yanğınlarının söndürülməsi üçün helikopter göndərdi

30 Avqust 2017, 18:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə xüsusi avadanlıqla təchiz olunmuş helikopter göndərib.

 

Artıq Nazirliyin Aviasiya dəstəsinə məxsus “Ka-32A” helikopteri Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi