Modern.az

Səməd Vurğun bağında internet pulsuz oldu

Səməd Vurğun bağında internet pulsuz oldu

Aktual

30 Avqust 2017, 20:16

“İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib. Modern.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gündən etibarən Səməd Vurğun və Muğan bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

 

Məlumat üçün bildirək ki, “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, İçərişəhər, Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi