Modern.az

İki uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb

İki uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb

Aktual

30 Avqust 2017, 21:29

Astara rayonunda 2 uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb. Modern.az ARB-yə istinadən xəbər verir ki, hadisə rayonun Ərçivan kəndində qeydə alınıb.

 

Yaranan borcla əlaqədar Elektrik Şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektriyin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

 

Ağır xəsarət alan Anar Mürşüdov dərhal yaxınlarının köməkliyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi