Modern.az

Biləsuvarda 13 yaşlı yeniyetmə döyülüb

Biləsuvarda 13 yaşlı yeniyetmə döyülüb

Aktual

30 Avqust 2017, 22:55

Biləsuvar şəhərində 13 yaşlı yeniyetmə döyülüb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Poladzadə Ədhəm Fuad oğlu bir qrup şəxs tərəfindən küçədə döyülüb. Azyaşlı müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hələlik hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi