Modern.az

Bakı-Quba yolunda qəza - ölən var

Bakı-Quba yolunda qəza - ölən var

Aktual

31 Avqust 2017, 09:03

Bakı-Quba magistral avtomobil yolunda qəza baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84–cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

 

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “MAN” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 03:30-da başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi