Azərbaycanda Sovet qoşunları tərəfindən işğal edildikdən sonra paytaxt Bakı 70 il ərzində özünəməxsusluğu ilə seçilən Sovet memarlığının ciddi təsirinə düşüb.
Bu dövrdə İttifaq əhəmiyyətli şəhər kimi Bakıda geniş tikinti işləri həyata keçirilmiş və orta əsr, Rusiya imperiyası dövründə formalaşan Bakının memarlıq siması önəmli dəyişikliyə məruz qalmışdı. Müasir Bakının mənzil fondu, dövlət strukturlarının yerləşdiyi binaların əksəriyyəti məhz Sovet dövründə inşa olunub.
Təbii ki, 1991-ci ildə əldə edilən müstəqillikdən sonra Bakı müasir memarlıq üslublarının kəsişdiyi məkan kimi tarixinin yeni transformasiya mərhələsinə qədəm qoyub. Bu transformasiya Bakının 20-30 il əvvəlki simasını əsaslı şəkildə dəyişib.
Modern.az artıq tarixin bir parçasına çevrilən Sovet Bakısının fotolarını təqdim edir.
Bakı-1941
Bakı-1957
Bakı-1961
Bakı - 1966
Nizami adına kinoteatr.1952
Dəmiryolu idarəsi.1975
Dəmiryolu vağzalı.1975
İnqilab prospekti.1975
Keçmiş İnturist mehmanxanası.1981
Mirvari restoranı.1976
Nizami küçəsi.1975
Xaqanini heykəli.1976
Kirovun heykəli.1991
Dənizkənarı park
İçərişəhər