Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Bir çox mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə müəyyən kimi işlər görməyi planlaşdırırlar.
Uzun illər öncə, 1993-1994-cü illərdə müğənni Brilliant Dadaşova AzTV-də “Cümhuriyyət bayramı” adlı mahnı ifa edib. Lakin sonradan bu mahnı səslənməyib. Mahnının sözləri şair Vüqar Əhmədə məxsusdur.
Modern.az saytının əməkdaşı xalq artisti Brilliant Dadaşova ilə əlaqə saxlayıb.
B.Dadaşova bildirib ki, bu mahnını yenidən ifa edəcək.
Bununla yanaşı o, Cümhuriyyətin 100 illiyi ərəfəsində vətənpərvərlik mövzusunda başqa bir neçə mahnılar səsləndirəcək.