Modern.az

Oğurluğa görə tutulan şəxsin daha 6 əməli ifşa olundu

Oğurluğa görə tutulan şəxsin daha 6 əməli ifşa olundu

Aktual

31 Avqust 2017, 12:47

Bakıda oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin daha 6 əməlinin üstü açılıb.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib. 

 

Belə ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Suleykinin ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin yanvar-iyul ayları ərzində rayon ərazisində 1 avtomobildən və 5 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi