Modern.az

İdarə rəisləri köçkünlər qarşısında hesabat verdilər

İdarə rəisləri köçkünlər qarşısında hesabat verdilər

Aktual

31 Avqust 2017, 12:44

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla növbəti səyyar-qəbul görüşü məcburi köçkünlərin məskunlaşdıqları Zobucuq qəsəbələrinin sakinləri ilə keçirilib. Üçüncü Zobucuq qəsəbəsində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun xidmət təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq keçirildiyini bildirib. Alı Alıyev Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlərin işıq, su, qaz və digər sosial qayğıları tam həll olunduğunu, əhalinin məcburi köçkünlər üçün nəzərdə tutlan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini vurğulayıb. Qeyd edib ki, qəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, tibb məntəqəsi, poçt məntəqəsi, mədəniyyət evi mövcuddur. Bu yaxınlarda əhalinin öz kənd təsərrüfatı məhsullarını satmaları üçün yeni kənd təsərrüfatı məhsullarınını satışı yarmarkası istifadəyə vrilib. Qəsəbələrdə məskunlaşan məcburi köçkünlər həyatyani və pay torpaqları, o cümlədən örüş-otlaq sahələri ilə təmin ilə təmin olunub.


Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.


Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar Xidməti, Su-Kanal idarəsi və digər  xidmət təşkilatlarının rəhbərləri qəsəbə sakinləri qarşısında hesabat veriblər.


Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

           
Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 


Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülməsi planlaşdırılan işlərdən bəhs edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi