Modern.az

Mingəçevirdə mikroavtobus qəzaya uğradı

Mingəçevirdə mikroavtobus qəzaya uğradı

Aktual

31 Avqust 2017, 20:46

Mingəçevir şəhərində yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan onun iki bacısı xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi