Modern.az

Sabunçuda iki sərnişin avtobusu toqquşdu: 11 yaralı

Sabunçuda iki sərnişin avtobusu toqquşdu: 11 yaralı

Aktual

31 Avqust 2017, 21:21

Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub. Modern.az "Report"a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində 173 və 98 saylı marşrut avtobusların toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi