Modern.az

Elmar Vəliyev açılışda

Elmar Vəliyev açılışda

2 Sentyabr 2017, 17:34

Gəncədə  'Baku Electronics'  mağazasının açılışı olub.

 

Açılış mərasimində Gəncə şəhər İcrra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "Samsung Electronics"in Qafqaz üzrə nümayəndəsi Deasong Ra, "Baku Elektronics" mağazalar şəbəkəsinin direktor müavini Hikmet Hacıyev, şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak edib.

 

Mərasimdə çıxış edən Elmar Vəliyev bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin əməyi sayəsində ölkəmizin günü-gündən inkişaf etdiyinin şahidi oluruq.

 

Bu inkişaf hər sahəni əhatə etdiyi kimi, qeyri-neft sektorundan da yan keçmir. Ölkədə sahibkarlığın inkişafının bariz nümunəsidir ki, bu gün Azərbaycanın qədim şəhəri olan Gəncədə "Baku Electronics" mağazası açılır. Bu münasibətlə şəhər sakinlərini təbrik edib.

 

"Samsung Electronics"in Qafqaz üzrə nümayəndəsi Deasong Ra Azərbaycanın qədim mədəniyyət mərkəzi, Şeyx Nizami yurdu Gəncədə olmaqdan məmnun olduğunu deyib. Bu gün həm yerli sakinlərin, həm də əcnəbi qonaqların, yaxından-uzaqdan gələn turistlərin diqqətində olan, tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran dünya səviyyəli cəlbedici məkana çevrilən Gəncədə mağazanın açılmasının böyük hadisə olduğunu bildirib.

 

"Baku Elektronics" mağazalar şəbəkəsinin direktor müavini Hikmet Haciyev sahibkarlığın inkisafına verdiyi dəstəyə görə Dövlət Başçımız cənab İlham Əliyevə, onun xanımı Mehriban xanım Əliyevaya və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə təşəkkür edib.

 

Sonra açılışı bildirən rəmzi qırmızı lent kəsilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mağaza ilə yaxından tanış olub.

 

Bildirilib ki, mağazada bütün məişət avadanlıqları nağd və ya ilkin ödənişsiz, faizsiz, tək şəxsiyyət vəsiqəsini təqdim etməklə verilir. Hətta mağazada 19 sentyabradək "Cehiz kampaniyası"nda 10 məhsul 24 aylıq kreditlə 87 manata təqdim olunur. Eyni zamanda Qurban bayramı münasibəti ilə mobil telefonları ilkin ödənişsiz indi alıb 2018-ci ilin yanvar ayından ödəməyə başlamaq mümkündür. Qeyd olundu ki, mağazada bütün mallar tam zəmanətli və tam keyfiyyətlidir.

 

Sonda xatirə şəkli çəkdirildi. Açılış konsert proqramı ilə davam etdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi