Modern.az

Deputat bayram günlərində seçiciləri ilə görüşüb

Deputat bayram günlərində seçiciləri ilə görüşüb

5 Sentyabr 2017, 12:55

Quba  rayonundan millət vəkili  seçilmiş Vahid  Əhmədov Qurban  bayramı  günlərində  öz  seçiciləri ilə birlikdə olub. Hər il olduğu kimi bu il də qurbanlıq kəsdirərək məscidlərə və ehtiyacı  olanlara paylayıb.

 

Modern.az xəbər verir ki, Qubanın Rustov və ona bitişik kəndlərinə  gedən yolların tikinti işləri ilə    yerində  tanış olaraq  sakinlərin təklif və arzularını dinləyib. Quba şəhərində yerləşən ofisində qəbula   gəlmiş seçiciləri ilə görüşən millət vəkili gördüyü işlər barədə onlara ətraflı məlumat verərək gələcək  planları ilə bölüşüb. Görüşdən sonra qəbul üçün qeydiyyatdan keçmiş bütün sakinlər deputat tərəfindən  təkbətək qəbul edilib.

 

 Ümumilikdə qəbulda 67 nəfər iştirak  edib. Müsbət hal kimi keçən   qəbul zamanı əhalini narahat edən bir sıra məsələlərin deputatın müdaxiləsindən sonra    rayon təşkilatları səviyyəsində öz müsbət həllini tapmasıdır. Bu dəfə də sakinlər tərəfindən məşğulluq, torpaq  sahələrinin ayrılması, tibbi müalicəyə kömək, əlillik və sosial yardımların təyini, kənd  yollarının  abadlaşdırılması və s. bu kimi məsələlər qaldırılıb .

 

Qəbul prosesində perspektivdə həll    olunacaq məsələlər barəsində izahatlar  verilib, bir sıra məsələlərin həlli  istiqamətində  yerindəcə   şikayətçinin  iştirakı ilə araşdırma aparılaraq konkret qərarlar qəbul edilib.                         

 

Növbəti qəbul oktyabr ayına planlaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi