Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə yanğınların söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınlar tam nəzarət altına alınıb.
Modern.az xəbər verir ki, bu haqda Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahının məlumatında bildirilib.
Qeyd edilib ki, hazırda bəzi tüstülənmə mənbələrinin söndürülməsi üçün zəruri tədbirlər görülür. Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunub.