Modern.az

Prezidentdən güləşçilərlə bağlı SƏRƏNCAM  

Prezidentdən güləşçilərlə bağlı SƏRƏNCAM   

Aktual

5 Sentyabr 2017, 17:29

Modern.az xəbər verir ki, prezident İlham Əliyev iki güləşçiyə fərdi təqaüd verilməsi haqqında sərəncam imzalayıb.


Fransanın paytaxtı Paris şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında Əliyev Hacı Azər oğlu və Almaniyanın Hamburq şəhərində keçirilmiş boks üzrə dünya çempionatında Məcidov Məhəmmədrəsul Yusupoviç yüksək nəticələr əldə edərək üçqat dünya çempionu adını qazanıb  və Azərbaycan idmanının şöhrətini daha da artırıblar.

Bunu nəzərə alan İlham Əliyev Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə üçqat dünya çempionları Hacı Azər oğlu Əliyevə və Məhəmmədrəsul Yusupoviç Məcidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsini qərara alıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi