Modern.az

Kəlbəcərdən olan məcburi köçkünün köməyə ehtiyacı var - FOTOLAR

Kəlbəcərdən olan məcburi köçkünün köməyə ehtiyacı var - FOTOLAR

Aktual

5 Sentyabr 2017, 17:47

Kəlbəcərdən olan məcburi köçkün Xədicə Məmmədəliyeva üzləşdiyi problemlə bağlı kömək istəyir.  Şikayətçi Modern.az-a açıqlamasında deyib ki, məskunlaşdıqları ev qəzalı vəziyyətdə olduqlarından yaşamaq qeyri-mümkündür.

 

“Kəlbəcərdən olan məcburi köçkünük. Hazırda Tərtər rayonu Bəyimsərov kəndində yaşayırıq. Yaşadığımız ev bizim deyil. Evin sahibi xaricdə yaşayır. Evini təmir etdirmək istəyir. Ev qəzalı vəziyyətdədir.  Ailə vəziyyətimiz 3 nəfərdən ibarətdir. Biz də durumumuzu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova  bildirdik. Bizə dedilər ki, fərdi evlərdə yaşayanlara ev verilmir. Ancaq inzibati binada məskunlaşanlara verilir. Daha sonra Əli Həsənova və Mehriban xanım Əliyevaya ərizə ilə müraciət etdik. Ərizəmizə isə belə cavab verdilər ki, məsələ ilə bağlı  Tərtər rayon İcra Hakimiyyətinə müraciət edin. Biz də bu gün Tərtər Rayon İcra Hakimiyyətinin qəbuluna getdik. Orda bizə dedilər ki, icra hakimiyyəti sizə ev verəsi deyil. Əks halda da deyirlər ki, qaçqınların əlindən uşaqlarımızı oxuda bilmirik. Məskunlaşdığımız evdə 2 ailə yaşayır. Xahiş edirik ki, bizə kömək etsinlər. Ev versinlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi