Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Naftalan Qızılhacılı avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil əvvəlcə 30 yaşlı Naftalan şəhər Qaşaltı kənd sakini Məmməd Qocayevi vurub. Daha sonra “Mercedes” “VAZ2 1011“ markalı avtomobilə çırpılıb. Qəza zamanı piyada hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.