Modern.az

Ağdamda Ermənistan istehsalı olan mina aşkarlandı

Ağdamda Ermənistan istehsalı olan mina aşkarlandı

5 Sentyabr 2017, 23:46

Ağdam rayonunda Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkarlanıb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Modern.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu Əfətli kəndi ərazisində 1 ədəd minanın aşkar olunması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Qarqar çayının sahilində otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə mina (AMN) aşkar edilib, minanın daşınması mümkün olmadığına görə 05 sentyabr 2017-ci il tarixində partlayış yolu ilə yerində zərərsizləşdirilib.

 

Aşkar olunmuş minanın ətrafında 8 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi