İspaniya Milli Polisi və Mərakeş Daxili Təhlükəsizlik İdarəsi 2 ölkənin də ərazisində fəaliyyət göstərən cinayətkar qruplaşmanı zərərsizləşdirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 5-i Mərakeşdə, 1 nəfər isə İspaniyanın Melilya şəhərində saxlanılıb.
Terrorçuların İspaniyada terror planladığı, gecələr təlimlər keçdiyi bildirilir.