Türk Hərəkatı Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri seçilib. Bu barədə məlumatı Modern.az-a diaspor fəalı Elnur Eltürk verib.
“Enes İbrahim gənc olmasına baxmayaraq, Avropada tanınan siyasətçilərdən hesab edilir. Azərbaycanı Balkanlarda fəal müdafiə edən siyasətçilərdəndir. Bu yaxınlarda Almaniyanın Sertouz Beynəlxalq Tədqiqat İnstitutu Makedoniyanın millət vəkillərinin fəaliyyətlərini qiymətləndirmək üçün sorğu keçirib və ən fəal millət vəkili Enes İbrahim seçilib. İnanıram ki, Enes İbrahim yeni görəvini uğurla həyata keçirəcək”, - Elnur Eltürk deyib