Modern.az

Hökumətdə 11 nazirin yeri dəyişdirildi

Hökumətdə 11 nazirin yeri dəyişdirildi

6 Sentyabr 2017, 18:41

Tunisin baş naziri Yusif Şahed ölkənin Nazirlər Kabinetində nazirlərin tutduqları vəzifələri dəyişib.

 

Modern.az-ın məlumatına görə, bu barədə baş nazirin KİV-ə bəyanatında bildirilib.

Yerdəyişmələr 11 nazirə şamil olunub və ölkənin güc nazirliklərindən də yan keçməyib. Son qərara görə, Abdel Kərim əz-Zubeydi yeni müdafiə və Lütfi İbrahim isə yeni daxili işlər naziri olub.

 

Qeyd edək ki, Nazirlər Kabinetindəki yerdəyişmələr ölkə başçısı Beci Kaid əs-Sebsi ilə razılaşmadan sonra həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi