Modern.az

“Prezidentin Xankəndi haqqında dəyərli fikirləri hər bir xankəndili üçün stimuldur” - Flora Qasımova

“Prezidentin Xankəndi haqqında dəyərli fikirləri hər bir xankəndili üçün stimuldur” - Flora Qasımova

6 Sentyabr 2017, 21:15

Məlum olduğu kimi bu gün prezident İlham Əliyevin iştirakı ilə “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi ilə bağlı mərasim keçirilib.

Deputat Flora Qasımova mərasimlə bağlı təəssüratlarını Modern.az-la bölüşüb:  

Dünyada cəmisi bu tipdə olan 10 gəmidən birinin “Xankəndi” adını daşıması qürurverici faktdır. Prezident İlham Əliyevin mərasimdə qeyd etdiyi kimi - “Xankəndi” gəmisinin istifadəyə verilməsi doğrudan da tarixi hadisədir. Şadam ki, Azərbaycanda, Bakıda bu nəhəng gəmi inşa edilib, bu gəmiyə “Xankəndi” adı verilibdir. Bunun da çox böyük mənası var. Xankəndi bizim qədim şəhərimizdir və Xankəndinin adı bizim üçün əziz, doğmadır. Təsadüfi deyil ki, dünyada unikal standartlara cavab verən gəmiyə məhz bu ad verilmişdir.

Millət vəkili qeyd edib ki, ölkə başçısının Xankəndi haqqında dəyərli fikirləri hər bir xankəndili üçün stimuldur.

Deputat bütün xankəndililər adından ölkəmizin inkişafında yorulmaz fəaliyyət göstərən prezident İlham Əliyevə və  “Xankəndi” gəmisinin tikintisində gərgin əməyi olan Gəmiqayırma zavodunun kollektivinə minnətdarlığını bildirib. O əmin olduğunu bildirib ki, yaxın gələcəkdə ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, ermənilər gec-tez bu torpağın əsl sahibinin kim olduğunu anlayacaq və “Xankəndi” adı ilə bağlı ən böyük layihələr, tədbirlər Azərbaycanın əzəli torpağı olan Xankəndi şəhərində keçiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi