Modern.az

Rusiyadan Kürdüstanın müstəqilliyinə etiraz

Rusiyadan Kürdüstanın müstəqilliyinə etiraz

6 Sentyabr 2017, 21:58

Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada İraq Antiterror Xidmətinin nazir rütbəli rəhbəri Talib əl-Kənani ilə görüşüb. Modern.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya XİN-in məlumatına əsasən, Rusiya tərəfi İraqın birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və onun daxili işlərinə xarici müdaxilənin yolverilməzliyini, İraq hökumətinin antiterror potensialının artırılmasına dəstəyin zəruriliyini qeyd edib.

 

Qeyd edək ki, İraqın tərkibindəki Kürdüstan muxtariyyətinin rəhbərliyi sentyabrın 25-də bölgənin müstəqilliyi üzrə referendum keçirəcəyini bəyan edib. Kürdlərin bu addımı rəsmi Bağdad, Tehran, Ankara və Vaşinqton tərəfindən pislənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi