Modern.az

Myanma rəhbərliyi rohincalarla bağlı açıqlama verib  

Myanma rəhbərliyi rohincalarla bağlı açıqlama verib  

7 Sentyabr 2017, 15:33

Myanmanın dövlət məsləhətçisi və xarici işlər naziri, Nobel Sülh mükafatı laureatı Aun San Su Ci müsəlman-rohinca xalqı ilə bağlı ilk açıqlamasını verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, San Su Ci hakimiyyətə 18 ay əvvəl gəldiklərini xatırladaraq bu problemin qısa müddətdə həll olunmasının mümkünsüzlüyündən danışıb.


“Roxincaların problemi Myanmanın ən ağır problemlərindən sayılır və hələ müstəmləkə dövrünə gedib çıxır. Problemin 18 ay ərzində həll olunmasına ümid etmək düzgün deyil”.

 

San Su Ci məsələ ətrafında dezinformasiyalara son qoyaraq terrorçuların maraqlarına xidmət etməkdən vaz keçilməli olduğunu da əlavə edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi