Bakıda ölümlə nəticələnən ağır yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. Modern.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən (KTM) APA-ya verilən məlumata görə, qəzada xəsarət alanlar 1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğlu KTM-ə çatdırılıb, onlara zəruri tibbi yardım göstərilir.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun qəzada xəsarət alan oğlu Arif Rəhimovun xəsarətləri yüngül olduğundan o, xəstəxanaya müraciət etməyib.
Qeyd edək ki, daha iki nəfər - 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlu və 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlu qəzada ölüb.
18:07
Bakıda Salyan şossesində baş verən ağır yol qəzasında xəsarət alan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzdən Modern.az-a verilən məlumata görə, yaralıların 3-ü də kişidir və bir nəfərin vəziyyəti ağırdır.
Xatırladaq ki, Səbail rayonu ərazisində, Salyan şosesində hərəkətdə olan "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 2 nəfərin ölüb, 3 nəfər isə xəsarət alıb.
SalamNews-un əldə etdiyi məlumata görə, qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.