Modern.az

Qazaxıstandan Azərbaycana dəmir yolu xətti çəkilə bilər

Qazaxıstandan Azərbaycana dəmir yolu xətti çəkilə bilər

Aktual

7 Sentyabr 2017, 18:56

Azərbaycan Astanadan Rəştədək olan dəmir yolunun tikintisində maraqlıdır.

 

Modern.az-ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov Odessada “Ukrayna Dəmir Yolları” ASC-nin sədri vəzifələrini icra edən Yevgeni Kravtsovla görüşü zamanı deyib.

 

C.Qurbanov qeyd edib ki, “Cənub-Qərb” layihəsi strateji marşrutdur və Azərbaycan bu layihənin inkişafı üçün Qazaxıstandan İranadək olan dəmir yolunun tikintisində maraqlıdır.

Öz növbəsində Y.Kravtsov bildirib ki, “Ukrayna Dəmir Yolları” “Cənub-Qərb” marşrutu ilə yük daşımaları üçün sərfəli tarif şərtləri təklif etməyə hazırdır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi