Rusiya müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb. Modern.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Valeri Gerasimov və Petr Pavel Avropada, eləcə də Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik sahəsindəki vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, görüşün nəticəsi olaraq tərəflər əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.