Tovuzda toyda 39 nəfər zəhərlənib. Modern.az xəbər verir ki, rayon Mərkəzi Xəstəxanasından APA-a bildirilib ki, sentyabrın 7-də Tovuz şəhərində yerləşən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.
Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.
***
Tovuzda kütləvi zəhərlənmə olub. Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında 14 nəfər rayon Mərkəzi Xəstəxanasına müraciət edərək özlərini pis hiss etdiklərini deyiblər. Onlara tibbi yardım göstərilib:
1983-cü il təvıllüdlü Vasif Həsənov
1984-cü il təvəllüdlü Taleh Həsənov
1983-cü il təvəllüdlü Günay Hüseynova
1958-ci il təvəllüdlü Şahin Məmmədov
1984-cü il təvəllüdlü Zöhrab Məmmədov
2008-ci il təvəllüdlü Adilə Hüseynova
1984-cü il təvəllüdlü Elmir Məmmədov
1990-cı il təvəllüdlü Akif Bağırov
2001-ci il təvəllüdlü Gülnar Hüseynova
1959-ci il təvəlüldlü Elmira Qasımov
1989-cu il təvəlüldlü Gültəkin Məmmədova
1967-ci il təvəllüdlü Növrəstə Məmmədova
1980-ci il təvəllüdlü Məhbubə Aslanova
1990-ci il təvəllüdlü Samirə
Məlumata görə, müraciət edənlər rayonda olan “Turan” şadlıq sarayında keçirilən toyda iştirak ediblər. Onların toyda yedikləri qidalardan birindən zəhərləndikləri ehtimal olunur. Xəstəxanaya müraciət edənlərin sayının artacağı istisna edilmir.