Yaponiyada yenidən zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələnin episentri Tititdzima adasından 249 kilometr şimal-qətbdə qeydə alınıb. ABŞ Geolojo Xidməti zəlzələnin gücünün 6,1 bal olduğunu açıqlayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 17.26-da qeydə alınıb. Geoloji Xidmətin məlumatına görə, zəlzələ 456,9 kilometr dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat veriıməyib.
Modern.az