Modern.az

“Qarabağ” –“Roma” matçına 3 mindən çox bilet satılıb

“Qarabağ” –“Roma” matçına 3 mindən çox bilet satılıb

8 Sentyabr 2017, 10:01

Ötən gün saat 17:00-dan etibarən “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın biletləri satışa çıxarılıb. 

 

“Qarabağ” FK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ilk gündə təxminən 3000 bilet satılıb.

 

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq  iTicket.az saytından əldə edə bilərlər. Biletləri alarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

 

Biletlərin qiymətləri:

 

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

 

Satış məntəqələri:

 

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi