Modern.az

Bakı Ali Neft Məktəbinin tələbələrinin BP-nin müsabiqəsində uğuru

Bakı Ali Neft Məktəbinin tələbələrinin BP-nin müsabiqəsində uğuru

Aktual

8 Sentyabr 2017, 11:16

Bakı Ali Neft Məktəbinin (BANM) 3 tələbəsi BP şirkəti tərəfindən yay təcrübəçiləri üçün təşkil olunmuş “TechnoFest 2017” layihə təqdimatı yarışmasında 27 təcrübəçi arasında 2-ci və 3-cü yerləri tutaraq qaliblər arasında öz yerlərini alıblar.

 

“Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Tərlan Əliyev 2-ci yerə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Aydan Əsədova və “Neft-qaz mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Fərhad Qədimov eyni balı toplayaraq 3-cü yerə layiq görülüblər.

 

BP-nin hər il həyata keçirdiyi “TechnoFest” adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə  innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. BP-də çalışmaq arzusunda olan və BP-də yay təcrübəsi keçənlər, o cümlədən tələbələr üçün hər il şirkətdə “TechnoFest”yarışı təşkil olunur. Hər il gənc mühəndislər öz layihələrini təqdim etmək, təcrübə və nəticələri ilə bölüşmək imkanı qazanırlar.

 

Xatırladaq ki, keçən il BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kursunda təhsil alan Elşən Mikayılov BP şirkətində yay istehsalat təcrübəsində olduğu zaman keçirilən “TechnoFest 2016” müsabiqəsində I yeri qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi