Modern.az

Güclü yağış yağıb, dolu düşüb – faktivi hava

Güclü yağış yağıb, dolu düşüb – faktivi hava

8 Sentyabr 2017, 11:45

Sentyabrın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti  açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, vvəlcədən xəbər verildiyi kimi sentyabrın 07-si gündüzdən 08-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub.

 

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-50, Qazax-Gəncə zonasında 2-10, Kiçik-Qafqazda 9, Mərkəzi-Aran rayonlarında 1-8, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 0.5-1 mm olub.

 

Oğuz rayonunun Sincab, Xaçmaz-Sincan, Xaçmaz-Qışlaq, Dəymədərə, Mollalı kəndlərində və İsmayıllıda xırda dənəli, Xınalıqda isə diametri 7 mm olan dolu düşüb.

 

Gəncə, Naxçıvan, Şərur, Quba, Xınalıq, Naftalan, Neftçala, Ağstafa, Şəmkir, Mingəçevir, Biləsuvar, Şirvan, Nabran, Qazıməmməd, Şamaxı, Tovuz, Yevlax, Ceyrançöl, Zərdab, Tərtər, Bərdə, Sabirabad, Göyçay, Ağdam, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi