Modern.az

Peterburqda soyğunçuluqla məşğul olan azərbaycanlı dəstə zərərsizləşdirildi

Peterburqda soyğunçuluqla məşğul olan azərbaycanlı dəstə zərərsizləşdirildi

8 Sentyabr 2017, 14:28

Rusiyanın Sankt-Peterburq şəhərində 3 Azərbaycan vətəndaşı soyğunçuluğa görə həbs olunub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 23-26 yaş arasında olan azərbaycanlılar taksi fəaliyyəti ilə məşğul olan zaman öz müştərilərini güclü dərmanlarla zəhərləyərək sonradan onların mənzillərinə daxil olurdular.

 

Cinayətkarlar bu il martın 12-də 30 yaşlı qadına içinə yuxugətirən dərman qatılmış içki verərək onun huşsuz vəziyyətdə olmasından istifadə edib evindən 170 min rubl məbləğində pul oğurlamışdılar. Hazırda onların hər 3-ü həbs olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi