Modern.az

Rusiya Azərbaycanı müdafiə etdi: “Müttəfiqlərimizə təzyiqdir”

Rusiya Azərbaycanı müdafiə etdi: “Müttəfiqlərimizə təzyiqdir”

8 Sentyabr 2017, 15:09

“The Guardian” qəzetində Azərbaycanla Rusiya arasında silah satışına dair saxta məlumatların yayılması Rusiyanın müttəfiqlərinə təzyiqi artırmaq kimi qiymətləndirilməlidir.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə deyib.

 

M.Zaxarova qeyd edib ki, bu, Rusiyaya bir neçə istiqamət üzrə informasiya təzyiqlərinin edildiyini göstərir:

 

“Rusiyalı jurnalistlərə təzyiqlər edilir, onlar informasiya məkanından sıxışdırılıb çıxarılır. Bu, müxtəlif formalarla həyata keçirilir ki, bütün bunlar da saxta xəbərlərin hesabına baş verir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi