Modern.az

“Aşıqlar Birliyinin 100 illiklə bağlı böyük layihələri olacaq” - AXC-100  

“Aşıqlar Birliyinin 100 illiklə bağlı böyük layihələri olacaq” - AXC-100   

9 Sentyabr 2017, 15:52

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır?

 

Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100”  mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.

Həmçinin, ayrı-ayrı ziyalılar, araşdırmaçı, tarixçi  və yaradıcı adamların da bu yöndə hər hansı iş görmələri böyük maraq doğurur.

Bu dəfə Azərbaycan Aşıqlar Birliyindən “AXC-100”lə bağlı görəcəyi işlərlə tanış olmaq istədik. Qurumun sədri professor Məhərrəm Qasımlı sayta açıqlamasında gələn həftənin əvvəllərində bu istiqamətdə görəcəkləri işləri açıqlayacaqlarını bildirib:

“Aşıqlar Birliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı çox böyük layihələri olacaq. Görüləcək işlər, layihələr çoxdur. Gələn həftənin əvvəllərində - həftənin ilk iş günündə bu barədə görüləcək konkret işləri açıqlayacağıq”.

N.Nihad

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi