Modern.az

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb

9 Sentyabr 2017, 16:18

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə,  əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak ediblər. 

Bu il əlavə yerləşdirmə mərhələsində 4000-dən çox vakansiya elan olunub.

Qeyd edək ki, builki müsabiqədə iştirak üçün 50 minədək namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib. Müsabiqənin müsahibə mərhələsində 400-dək namizəd uğur qazana bilməyib. Ümumilikdə bu il dörd minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi