Modern.az

“ABŞ-da mühakimə olunmasını həzm edə bilmirəm” Kılıçdaroğlu

“ABŞ-da mühakimə olunmasını həzm edə bilmirəm” Kılıçdaroğlu

Aktual

10 Sentyabr 2017, 14:59

CHP lideri Kamal Kılıçdaroğlu  Türkiyənin sabiq naziri Zəfər Çağlayanla bağlı çıxış edib.

 

Modern.az Türkiyə mətbuatına istimadən xəbər verir ki, CHP lideri keçmiş nazir Zəfər Çağlayana qarşı ABŞ-da cinayət işi açılmasına bu cür reaksiya verib.

 

"Nazirlik etmiş birinin Amerikada korrupsiya iddiasında mühakimə olunmasını həzm edə bilmirəm"

 

Kamal Kılıçdaroğlu CHP-yə yeni üzv olanların qatıldığı mərasimdə terrordan da söz açıb.

 

“Dörd il ərzində terror problmeini həll edə bilməsəm, siyasəti buraxacam. Həmçinin, ayrı-ayrı şəxsiyyətlərin fərqli inancların bir araya gəlməsi millətimizə və bayrağımıza bağlılığımızı göstərir. Bu ölkədə hamımız bir arada yaşamaq istəyirik. Türkiyə 100 illik müddətdə yetkinlik dövrünə girmək məcburiyyətindədir. Siyasətdə gərginliklərin, dava-dalaşların Türkiyəni hara aparacağını hamımız gördük. Bu davalar nəticəsində ölüm cəzaları qurulub, çox gənc insanlar asılıb. Bu dövrləri tarixin tozlu səhifələrinə göndərmək məcburiyyətindəyik. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi