Modern.az

Fransada vağzalda 4 nəfər güllələnərək öldürülüb

Fransada vağzalda 4 nəfər güllələnərək öldürülüb

10 Sentyabr 2017, 16:59

Fransanın şimalında naməlum şəxslər 4 nəfəri güllələyib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Uaz departamentində dəmiryol vağzalında baş verib.

 

Öldürülənlər yerli qadın, onun üç və beş yaşlı övladları və ailənin dostudur.

 

İlkin məlumata görə, atəş açanlar iki nəfər olub. Onlardan biri hadisədən sonra özünü öldürüb, digəri isə qaçıb. Cinayətkarın tapılması üçün axtarış başlayıb, axtarışa vertolyot cəlb edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi