Modern.az

“Qarabağ” futbolçuları İngiltərəyə yola düşdü

“Qarabağ” futbolçuları İngiltərəyə yola düşdü

10 Sentyabr 2017, 20:44

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi” ilə qarşılaşacaq “Qarabağ” klubunun heyəti İngiltərəyə yola düşüb. Modern.az kluba istinadən xəbər verir ki, təmsilçimiz bu gün Bakı-London reysiylə görüşün keçiriləcəyi şəhərə yollanıb.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda gənclərin “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi