Modern.az

"Neftçi" ardıcıl üçüncü dəfə məğlub oldu

"Neftçi" ardıcıl üçüncü dəfə məğlub oldu

10 Sentyabr 2017, 22:17

Azərbaycan Premyer Liqasında IV turun daha bir qarşılaşması keçirilib. Modern.az "Report"a istinadən "Sumqayıt" "Kapital Bank Arena"da "Neftçi"ni qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 25-ci dəqiqədə penaltidən Amil Yunanov vurub.

 

Bununla da "Sumqayıt" ardıcıl 2-ci qələbəsini qazanıb, "Neftçi" isə 3-cü məğlubiyyətə məruz qalıb. Lakin bu nəticə komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci pillədə qalıb. Flaqman isə 1 xalla 7-cidir.

 

Turun ilk 2 oyununda "İnter" "Kəpəz"i 3:2 hesabı ilə məğlub etdiyi halda, "Qəbələ" "Zirə" ilə heç-heçə edib - 1:1. Bu tur çərçivəsində keçirilməsi planlaşdırılan "Səbail" - "Qarabağ" görüşü isə Ağdam təmsilçisinin müraciəti əsasında ertələnib. Buna səbəb komandanın sentyabrın 12-də İngiltərədə "Çelsi" ilə keçirəcəyi Çempionlar Liqasının oyunudur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi